Modern.az

Qətər terrorçulara 1 milyard dollar ödəyibmiş - QALMAQAL

Qətər terrorçulara 1 milyard dollar ödəyibmiş - QALMAQAL

6 İyun 2017, 10:34

Qətər İraqda terrorçular tərəfindən girov götürülmüş kral ailəsinin 26 üzvünü 1 milyard dollar ödəməyin müqabilində geri alınıb.

 

Modern.az xəbər verir ki, “Financial Times” qəzetinin yazdığına görə, həmin pul İraqın cənubunda fəaliyyət göstərən və İran xüsusi xidmət orqanları ilə əlaqəsi olan qruplaşmaya ödənilib.

 

Qəzetin məlumatına görə, 1 milyard dollar bu ilin aprel ayında ödənilib.

 

Xatırladaq ki, kral ailəsinin üzvləri 2015-ci ilin dekabrında İraqın Nəcəf səhrasında şahin quşları ilə ov edən zaman girov götürülmüşdülər. 1 ildən artıq davam edən danışıqlarda İran və “Hizbullah” qruplaşması da vasitəçi olmuşdu.

 

Vüqar İSMAYILOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?