Modern.az

Vəbadan 681 insan öldü

Vəbadan 681 insan öldü

6 İyun 2017, 20:44

Yəməndə tüğyan edən vəba epidemiyasından ölənlərin sayı hər gün artır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı həyəcan təbili çalıb və acınacaqlı statistikanı təsdiqləyib. Son statistik məlumata görə, ölkədə 86,4 min vəbaya tutulma faktı qeydə alınıb. Bunun da 681-i ölümlə nəticələnib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ölkə ərazisində 24 minə yaxın adamın bu xəstəliyə yoluxma ehtimalının olduğunu bildirib.

Yəmən hakimiyyəti vəba epidemiyası təhlükəsi barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib.

Məlumata görə, yoluxma riskinin yüksək olduğu bölgələrdə ümumilikdə 7,6 milyon adam yaşayır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?