ABŞ-ın başçılıq etdiyi koalisiyaya məxsus qırıcılar Suriyanın Tanf bölgəsində Bəşər Əsədə aid qüvvələrə aviazərbələr endirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, rejim qüvvələrinin təhlükəsiz bölgəyə girməsi səbəbindən hədəf alındığı bildirilib.
Məlumata görə, bölgəyə daxil olan qüvvələr tanklardan, artilleriya birliklərindən, havadan müdafiə sistemlərindən, silah daşıyan texnikalardan və 60 hərbçidən ibarət olub.
Modern.az