Iyulun 4-də səhər saatlarında Şimali Koreya növbəti ballistik raket sınağı keçirilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, raketin Yapon dənizi istiqamətində buraxıldığı qeyd edilir.
Raketin 40 dəqiqə ərzində 930 kilometr məsafəni qət etdiyi bildirilir.
Hadisədən dərhal sonra Cənubi Koreya prezidenti Mun Ce-in Şimali Koreyanın bu addımı ilə bağlı təhlükəsizlik şurasının təcili iclasını çağırıb.
Modern.az