Modern.az

Alimlərdən həyəcan TƏBİLİ: “Günəş sönür”

Alimlərdən həyəcan TƏBİLİ: “Günəş sönür”

4 İyul 2017, 11:22

Son illərin müşahidəsi göstərir ki, Günəşin səthindəki aktivlik getdikcə azalaraq, ən aşağı həddə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə “MNRAS” elm jurnalındakı məqalədə yazılıb.

 

“Günəşin sonuncu maqnit aktivliyi ən aşağı səviyyədə olub. Bu aktivliyinin get-gedə azalması narahatedici məqamdır” –deyə Birmingem universitetindən  İvon Elsvort bildirib.

 

Günəşin aktivlik dövrü maksimum 11 il davam edir. Bu dövr maqnit qasırğaları müşahidə olunur, insanlarda başağrı halları artır.

 

2008-ci ilin yanvarında başlayan sayca 24-cü Günəş aktivliyi dövrü gözləniləndən çox zəif olub. Alimlər maqnit sahələrinin azaldığını və şüalanmanın zəiflədiyini müşahidə edib.

 

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?