Türkiyənin Bursa əyalətində yerləşən məhkəmə binasında polisi öldürən, həmçinin bir nəfəri girov götürən şəxs özünə qəsd edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.
23:29
Türkiyədə məhkəmədə silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərbində qeydə alınıb. Naməlum şəxsin məhkəmə binasında atəş açması nəticəsində bir polis zabiti ölüb.
Məlumata görə, cani, həmçinin vəkili yaralayaraq bir nəfəri girov götürüb.
Modern.az