Modern.az

Türkiyədə çeviriliş cəhdinə görə 50 mindən çox adam həbsdədir

Türkiyədə çeviriliş cəhdinə görə 50 mindən çox adam həbsdədir

7 İyul 2017, 17:58

2016-cı ilin iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevirilişinə cəhddə şübhəli bilinən 50 504 nəfər hazırda həbsdədir.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ məlumat verib.

Nazir bildirib ki, çevirilişə cəhddə ittiham olunaraq barələrində hüquqi tədbirlər görülən şəxslərin sayı 168 801 nəfərdir.

“Bu müddət ərzində isə  8069 nəfər istintaqdan yayınıb”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?