“Bizim çox uzunsürən danışıqlarımız oldu. ABŞ prezidenti Donald Trampla ilk görüşümüzdə Suriya və Ukraynadakı vəziyyəti müzakirə etdik”. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlama verib.
Rusiya prezidenti bildirib ki, Suriya və Ukraynadakı vəziyyətlə yanaşı, digər mövzular ətrafında müzakirə aparıblar: "ABŞ və Rusiya arasında ikitərəfli münasibətlər, terrorizmlə mübarizə və kibertəhlükəsizlik məsələləri ilə bağlı da maralı müzakirələrimiz oldu”.
Modern.az