Modern.az

Hava limanında təyyarənin qəza anı kameraya düşdü - VİDEO

Hava limanında təyyarənin qəza anı kameraya düşdü - VİDEO

Dünya

8 İyul 2017, 20:47

Düz 4 il əvvəl - 2013-cü ilin iyul ayında ABŞ-ın San-Fransisko şəhərinin hava limanında Cənubi Koreyanın “Asiana Airlines” aviaşirkətinin “Boeing” sərnişin təyyarəsi uçuş-eniş zolağına bir neçə metr qalmış yerə çırpılmışdı. Modern.az Virtualaz.org-a istinadən  xəbər verir ki, bu gün “Transponder 1200” qrupu internetdə həmin qəzanın videosunu paylaşıb. Qəzanı hava limanının dispetçer qülləsində quraşdırılmış kamera qeydə alıb. Qəza nəticəsində 16 yaşlı iki çinli qız həlak olmuş. Daha bir sərnişin sonradan xəstəxanada dünyasını dəyişmişdi. 182 nəfər qəzadan sonra ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdilər.

Ekspertlərin fikrincə, qəzaya səbəb pilotların təcrübəsizliyi olub.  

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?