"Türkiyə İraqın bölünməsini istəmir. Əgər İraq bölünməyə başlayarsa, bir tərəfdən türkmanlar, digər tərəfdən ərəblər başlayar". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu G20 sammitindən sonra keçirilən mətbuat konfransı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iraqlı jurnalistin “İraq Kürd Muxtariyyətinin referendum qərarını niyə dəstəkləmirsiniz?” sualına cavab olaraq deyib.
“Əgər İraq bütövlüyünü qoruyarsa, güclü ola bilər. Təkrar edirəm, biz İraqın parçalanmasını istəmirik”,- deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Modern.az