Liviya sahillərində 35 miqrant itkin düşüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə rezin qayığın qəzaya düşməsi nəticəsində baş verib.
Məlumata görə, itkin düşən miqrantlar arasında yeddi uşaq da var.
Qeyd edək ki, bu il dəniz yolu ilə Avropaya keçmək istəyən 1316 nəfər həlak olub.
Modern.az