Modern.az

Almaniya təyyarələri  "İncirlik"dən çıxarıldı

Almaniya təyyarələri  "İncirlik"dən çıxarıldı

Dünya

9 İyul 2017, 20:19

Almaniyaya məxsus təyyarələr Türkiyənin "İncirlik" hərbi bazasından çıxarılır. Modern.az "RİA "Novosti" istinadən xəbər verir ki, hərbi bazanı öncə yanacaqdoldurma təyyarələri tərk edəcək. Növbəti mərhələdə isə "Tornado" kəşfiyyatçı-bombardmançıların bazadan çıxarılaraq İordaniyaya göndəriləcəyi planlaşdırılır. Həmçinin, təxminən 260 alman hərbçisi də "İncirlik" hərbi bazasını tərk etməlidir.

Qeyd edək ki, Türkiyə "İncirlik" aviabazasına giriş qadağasını iyunun 2-də Bundestaqın 1912-1915-ci illərdə Osmanlı imperiyasında qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul etməsindən sonra tətbiq edib.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?