Misirdə neft-kimya zavodunda partlayış olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən böyük neft-kimya zavodunda baş verib. Partlayış və yanğın nəticəsində 44 nəfər xəsarət alıb. Xəsarət alanlar şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.
Məlumata görə, partlayış şirkət məhsullarından birinin hazırlanmasında istifadə olunan qazın sızması nəticəsində baş verib.
Modern.az