Modern.az

Ermənistanın təxribatları: Düşmən Azərbaycanın perspektivindəki beynəlxalq layihələrdən qorxur

Ermənistanın təxribatları: Düşmən Azərbaycanın perspektivindəki beynəlxalq layihələrdən qorxur

Dünya

11 İyul 2017, 10:07

Son vaxtlar Ermənistanın Azərbaycana qarşı təxribatları intensiv xarakter alıb. Sual doğurur, niyə?

Ötən ilin aprelində Ermənistanın bütün dünyaya dil çıxararaq hərbi əməliyyatların dayandırılması barədə yalvarması yaddaşlardan silinməyib.

Ermənilik həm də uşaq, qoca, qadın – bir sözlə, sivil dünyaya qarşı terror, qətl deməkdir. Uzun onilliklərdir ki, bütün dünya bunun şahidi olur.

Amma ermənilik təkcə bununla bitmir. Hiyləgərlik, dünyanın şahidi olmadığı ən iyrənc əməllərlə fürsətdən yararlanmaq da ona xasdır.  

Diqqət edin, son zamanlar cəbhə bölgəsində Ermənistanın yaratdığı gərginlik hansı ciddi hadisələr ərəfəsində baş verir.  ATƏT-in Minsk qrupu bölgəyə səfər edir, məcburi köçkünlər işğaldan azad edilmiş Cocuq Mərcanlıya köçür. Belə bir vaxtda düşmən tərəf cəbhə xəttində atəşkəsi dəfələrlə pozur, Füzuli rayonunun Alxanlı kəndindinin mülki əhalisini atəşə tutur, 2 yaşlı Zəhranı və nənəsini qətlə yetirir.

Təbii ki, bunlar bütün ermənilər tərəfindən hesablanmadan atılan addımlar deyil. Məlumdur ki,  bədnam qonşulardan fərqli olaraq, ölkəmiz yerində saymır. Bütün sahələr üzrə çoxsaylı uğurlara imza atan Azərbaycan ermənilərdə bir növ qıcıq yaradır.

Düşmən bu səbəbdən yolumuza daş qoymaq fikri ilə alışıb-yanır. Müxtəlif təxribatlara əl ataraq, bizi müharibəyə cəlb etmək istəyir.

2 yaşlı Zəhranın qətlindən sonra bütün dünya azərbaycanlıları ayağa qalxdı. Amma ölkənin ümumi strategiyası var. Bu strategiyaya görə, erməni tələsinə düşməməli, hətta tam əksinə, erməni bicliyi, hiyləsini ifşa etməliyik. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, işğal olunmuş torpaqlarımızın bir qarışı belə, müzakirə mövzusu ola bilməz. Bu, dövlət başçısının xalqın iradəsinə söykənmiş mövqeyidir. Bu, elə Azərbaycan xalqının mövqeyidir. Bir az da konkretləşdirsək, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hərb yoluna əl atmağı heç vaxt istisna etməyib. Amma bu, düşünülmüş, geosiyasi vəziyyət, dünyada gedən proseslərə daha çox bağlıdır, nəinki Ermənistanın Azərbaycanı təxribata çəkmək istəyinə.

Çünki Ermənistan həm də Azərbaycanın yaxın vaxtlarda gerşəkləşdirəcəyi beynəlxalq layihələrə kölgə salmaq, dünya ölkələrini “müharibədir” -deyə, bu layihələrdən çəkindirmək məqsədi güdür.  Bu isə yalnız Ermənistanın düşüncəsi deyil, Azərbaycanın müstəqilliyinə diş qıcayanların arzusudur.

Son zamanlar Azərbaycanın həyata keçirdiyi transregional layihələr ölkənin dünyada və regionda iştirakının artması ilə nəticələnib və mövqeyinin müəyyənləşməsində mühüm rol oynayıb. Dünyada gedən iqtisadi inteqrasiya proseslərində iştirak etmək artıq bir zərurət halına çevrilib. Azərbaycan da yalnız bu proseslərdə iştirak etməklə qalmır, region və dünya səviyyəsində layihələrin təşkilatçısı kimi də çıxış edir.

Xüsusilə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xətti, TAP və TANAP layihələri Azərbaycanın  əsas uğurlarındandır.

Belə ki, BTQ 3 dövlətin-Gürcüstan, Türkiyə və Azərbaycanın ortaq layihəsidir və onlar arasında imzalanmış dövlətlərarası saziş əsasında inşa edilir. BTQ yalnız üç ölkə arasında iqtisadi və ticari sahədə əməkdaşlıq münasibətlərini möhkəmləndirən bir layihə deyil, həm də Asiya ilə Avropa arasında körpüdür. 2007-ci ildə Gürcüstanın Marabda kəndində təməli qoyulan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası strateji əhəmiyyət kəsb edir. Bu dəmiryolu xətti vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edir. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma isə İstanbula getmək mümkün olacaq. Bəzi mütəxəssislərin fikrinə görə, BTQ dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirəcək ikinci layihədir və ilin sonunadək istifadə veriləcək.

TANAP  isə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Bu il Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinə 2 milyard 809 milyon dollar vəsait ayıracağı planlaşdırılır və bu həcmin 55,7 faizi, yaxud da 1,566 milyard dolları TANAP-a sərf ediləcək. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. TANAP-ın tikintisinin 2018-ci ilin iyun ayının sonunadək başa çatacağı planlaşdırılır.

TANAP-ın davamı kimi  planlaşdırılmış TAP layihəsi isə əlavə kəmərlərlə Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çıxmağı nəzərdə tutur. TAP layihəsi vasitəsilə Xəzər qaz resusları Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Çernoqoriya, Makedoniya və Serbiya, daha sonra ərbə doğru İtaliyanın Cənubuna, ordan isə Avstriya, İsveçrə, Almaniya, Fransa, Benilüks dövlətləri və hətta Böyük Britaniyanın belə bir neçə boru kəməri sistemləri vasitəsilə energetika bazarlarına çatdırılacaq. Gələcəkdə yaranacaq böyük tələbi nəzərə alaraq boru kəmərinin hazırlıq işləri zamanı artacaq qaz həcminə uyğunlaşdırılması nəzərdə tutulub və 2 dəfəyədək artırmaq mümkün olacaq.

Bundan əlavə, boru kəməri “geri fiziki axın” funksiyasına da malik olacaq ki, qazın verilişiylə bağlı hər hansı problem yaranarsa İtaliyadan qaz Cənub Şərqi Avropa istiqamətində yönləndirilə bilər. TAP xüsusilə tikinti mərhələsində, hər bir iştirakçı ölkənin iqtisadi inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək. Yunanıstan, Albaniya və İtaliya isə strateji səviyyədə Avropanın enerji xəritəsində regional enerji mərkəzləri kimi daha yüksək status əldə edəcəklər.

Bütün bunlardan sonra düşmənin ölkə iqtisadiyyatını hədəf seçməsi əbəs yerə deyil. Lakin hər zaman olduğu kimi Azərbaycan ermənilərin təxribatına məhəl qoymayaraq istənilən sahədə  uğurlara imza atacaq. Atılan oxlar elə yolumuza qoyduqları daşa dəyib geri qayıdacaq.

 

Günay RƏSULQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?