İŞİD qısa məlumat yayaraq, təşkilatın lideri Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiqləyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD yeni liderinin adının da qısa zamanda açıqlanacağını bəyan edib. Amma Bağdadinin hansı şəraitdə öldüyü bildirilməyib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi mayın 28-də hava zərbələri zamanı Əl-Bağdadinin məhv edildiyini elan etmişdi.
Vüqar İSMAYILOV