Hindistanda aramsız yağışlar torpaq sürüşməsinə səbəb olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 16 nəfər ölüb. Daha 6 nəfər isə itkin düşüb.
Məlumata görə, Arunaçal-Pradeş ştatında qeydə alınan sürüşmə aramsız yağışlar nəticəsində baş verib. Hadisə qurbanları da Papum-Pare dairəsində yerləşən Laptap kəndinin sakinləridir.
Modern.az