Suriyada daha bir rusiyalı hərbçi öldürülüb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Həma şəhərində qeydə alınıb. Belə ki, yaraqlıların minomyot atəşi zamanı Rusiyalı hərbi müşavir Nikolay Afanasov ölüb.
Rusiya Müdafiə Nazirliyi tərəfindən həlak olan Nikolay Afanasova ölümündən sonra təltif edilib.
Modern.az