Modern.az

ABŞ Türkiyədəki vətəndaşlarını ehtiyatlı olmağa çağırıb

ABŞ Türkiyədəki vətəndaşlarını ehtiyatlı olmağa çağırıb

Dünya

12 İyul 2017, 20:28

ABŞ-ın Türkiyədəki səfirliyi bu ölkədə ötən il baş verən dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar öz vətəndaşlarını ehtiyatlı olmağa çağırıb. Modern.az xəbər verir ki, səfirlik 15-16 iyul tarixlərində genişmiqyaslı tədbirlərin və aksiyaların keçiriləcəyini bildirib.

Məlumatda qeyd olunur ki, bu cür kütləvi aksiyalar "zorakılıq və qarşıdurma riski" daşıyır. ABŞ səfirliyi öz vətəndaşlarına bu günlərdə daha diqqətli davranmağa, kütləvi yerlərdən uzaq durmağa çağırır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?