ABŞ-da yenidən silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-ın cənubunda Alabama ştatında qeydə alınıb. Məlumata görə, Kennet Lever adlı şəxs məişət münaqişəsi zamanı 3 nəfəri güllələyib və hadisə yerindən qaçıb.
Məlumata əsasən, hazırda cinayətkarın axtarışları aparılır.
Modern.az