Modern.az

ABŞ xüsusi təyinatlıları Rakkada

ABŞ xüsusi təyinatlıları Rakkada

Dünya

13 İyul 2017, 00:26

ABŞ hərbçiləri "Suriya demokratik qüvvələrinə" Rakka şəhərində gedən döyüşlərdə yardım göstərirlər. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın başçılıq etdiyi İŞİD ilə mübarizə üzrə koalisiyanın nümayəndəsi polkovnik Rayan Dillon məlumat verib.

Məlumata görə, əksəriyyəti xüsusi təyinatlılardan ibarət hərbçilər yerli qüvvələrə "məsləhətlər verirlər, kömək edirlər".

Qeyd edək ki, Suriyanın Rakka şəhəri 2013-cü ildən İŞİD-in nəzarəti altındadır və qeyri-rəsmi olaraq İŞİD-in paytaxtı sayılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?