Modern.az

Tramp deyir ki, Putinlə ‘çox yaxşı yola gedir’

Tramp deyir ki, Putinlə ‘çox yaxşı yola gedir’

13 İyul 2017, 09:33

ABŞ prezidenti Donald Tramp yenicə verdiyi müsahibədə deyib ki, o və Rusiya prezidenti Vladimir Putin bir-birilə “yaxşı, çox yaxşı yola gedirlər”.

Modern.az “Azadlıq” radiosuna istinadla xəbər verir ki, Tramp həmçinin, ötən həftə Almaniyada keçirilmiş G20 sammitində Putinlə “əla görüş”ünün olduğunu da deyib.

Christian Broadcasting Network (CBN) telekanalının təsisçisi Pat Robertsona iyulun 12-də müsahibə verən Tramp deyib:
“Düşünürəm ki, biz yaxşı, çox yaxşı yola gedirik və mən düşünürəm ki, bu yaxşı şeydir. Bu pis şey deyil”.

O daha sonra əlavə edib: “Adamlar deyirlər ki, ah, onlar yola getməməlidirlər. Yaxşı bu sözləri deyənlər kimdir? Mən düşünürəm ki, biz yaxşı, çox yaxşı yola gedirik”.

Xristian təmayüllü bu telekanal müsahibəni efirə iyulun 13-də verəcək, amma söhbətin mətnindən bəzi yerləri dərc edib.

Tramp bu müsahibədə deyib: “Bizim yaxşı görüşümüz oldu. Bu, üzbəüz görüş idi. Uzun görüş idi. İki saat 15 dəqiqə çəkdi”.

Bundan sonra prezident söhbətinə belə davam edib: “Biz son dərəcə qüdrətli nüvə gücüyük, onlar da… Onlarla hər hansı bir şəkildə münasibətimizin olmamasının mənası yoxdur axı…”

Bundan sonra özünün seçki rəqibi Hillari Klintona hücum edən Tramp deyib ki, Hillari prezident olsaydı, ABŞ hərbiyyəsi zəifləyəcəkdi.

Tramp: “Biz dünyada ən qüdrətli ölkəyik və daha da qüdrətli olacağıq, çünki mən böyük hərbi şəxsəm”.

Tramp habelə deyib ki, Suriyada atəşkəsin əldə edilməsi onun Putinlə ilk birgə uğurudur: "Biz bir bu işi gördük ki, Suriyanın böyük hissəsində atəşkəs etdik. Orda nəhəng xaos vardı və böyük qətllər vardı…4 gündür atəşkəs tutub. Çünki prezident Putin və prezident Tramp razılığa gəliblər və bu, alınıb”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?