Modern.az

Almaniya prezidenti Əfqanıstanda

Almaniya prezidenti Əfqanıstanda

Dünya

13 İyul 2017, 21:26

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Əfqanıstana elan olunmamış səfərə gələrək Prezident Əşrəf Qəni ilə görüşüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya prezidentinin səfəri təhlükəsizlik məsələləri səbəbindən qabaqcadan açıqlanmayıb. Ştaynmayer görüş zamanı Əfqanıstan hakimiyyətini ölkədə təhlükəsizliyi qorumaqla bağlı öz üzərinə daha çox məsuliyyət götürməyə çağırıb.

İlk olaraq Məzari-Şərif şəhərindəki alman hərbçilərini ziyarət edən prezident daha sonra Kabil şəhərində əfqan liderlə fikir mübadiləsi aparıb.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?