Türkiyədə işçilər arasında kütləvi zəhərlənmə olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İzmir şəhərinin Əliağa mahalında qeydə alınıb. Burada tikinti sektorunda çalışan 346 işçi kütləvi şəkildə qidadan zəhərlənib. İşçilər nahardan sonra başgicəllənməsi və ürək bulanması səbəbindən xəstəxanaya aparılıb. Hazırda xəstələrin səhhətinin normal olduğu bildirilir.
Modern.az