Modern.az

Səudiyyə kralının qardaşı vəfat etdi

Səudiyyə kralının qardaşı vəfat etdi

Dünya

14 İyul 2017, 09:02

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səudun böyük qardaşı Əbdürrəhman ibn Əbdüləziz Əl-Saud 86 yaşında vəfat edib.
Modern.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, o, kral Abdullah bin Əbdüləziz əl-Səudun (1875-1953) olan yeddi oğlundan biridir.

Əbdürrəhman ibn Əbdüləziz Əl-Saud ABŞ-da San-Dieqo şəhərində hərbi və Kaliforniya Universitetində iqtisadiyyat fakültəsində təhsil alıb. 1983-2011-ci illərdə Səudiyyə Ərəbistanında müdafiə və aviasiya nazirinin müavini olub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?