Rusiya Xarici İşlər Nazirliyinin (XİN) elektron poçt ünvanı genişmiqyaslı haker hücumuna məruz qalıb.
Modern.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, XİN mərkəzi aparatının,onun Rusiyadakı və xaricdəki nümayəndəliklərinin resurslarına edilən hücumların araşdırılması göstərib ki, iyunun 29-u səhər saatlarında haker hücumu qeydə alınıb.
M.Zaxarova qeyd edib ki, ümumilikdə 138 hücum baş verib və onlar Macarıstanda yerləşən IP ünvandan göndərilib.
Modern.az