Modern.az

Tehran metrosunda incident: 15 yaralı

Tehran metrosunda incident: 15 yaralı

Dünya

15 İyul 2017, 13:13

Bu gün səhər saatlarında əli bıçaqlı naməlum şəxs Tehranda Rey metro stansiyasında hərbçiyə hücum edib.

Bu barədə Modern.az xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yaxınlıqdakı adamların münaqişəni sakitləşdirmək üçün müdaxiləsi nəticəsində 15 nəfər xəsarət alıb.

Tehran polisi məsələ ilə bağlı araşdırmalara başlayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?