Modern.az

BMT sülhməramlılarının olduğu helikopter qəzaya uğrayıb

BMT sülhməramlılarının olduğu helikopter qəzaya uğrayıb

Dünya

26 İyul 2017, 20:34

Göyərtəsində BMT sülhməramlılarının olduğu helikopter qəzaya uğrayıb. Modern.az xəbər verir ki, hadisə Malinin şimalında baş verib. BMT sülhməramlı kontingentinə məxsus hərbi helikopterin qəzası zamanı göyərtədə 2 almaniyalı hərbçi olub. Onların taleyi barədə hələ ki, məlumat yoxdur.

BMT missiyasının nümayəndəsi Əhməd Makayl “Tiger” helikopterində Almaniya vətəndaşlarının olduğunu təsdiqləyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin, ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?