Finlandiyada naməlum şəxs avtomobili insanların üzərinə sürüb. Modern.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə paytaxtı Helsinkidə baş verib.
Məlumata görə, insident nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Maşının sürücüsü saxlanılıb. Bu, təqribən 50 yaşında kişidir. Polis onun sərxoş olduğunu güman edir.
Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, insidentin təfərrüatları dəqiqləşdirilir.
Modern.az