Türkiyədə məhkəmə “Cumhuriyet” qəzetinin PKK ilə əlaqədə şübhəli bilinən yeddi jurnalistinin həbsdən azad edilməsinə dair qərar qəbul edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş redaktor Murat Sabunçu, icraçı direktoru Akın Atalay da daxil olmaqla “Cumhuriyet” qəzetinin 17 əməkdaşı barəsində məhkəmə prosesi bazar ertəsi İstanbulda başlayıb.
Məhkəmə Kadri Gürsel, Akın Atalay, Ahmet Şık, Murat Sabuncu və Ahmet Kemal Aydoğdunun həbsdə qalmasına qərar verib. Bülent Utku, Mustafa Kemal Güngör, Musa Kart, Güray Tekinöz, Turhan Günay, Önder Çelik və Hakan Karasinin barəsində isə ölkəni tərk etməmək qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sabiq baş redaktor Can Dündar da daxil olmaqla, nəşrin iki əməkdaşı barəsində axtarış elan edilib.
Modern.az