ABŞ vitse-prezidenti Maykl Pens Avropa turnesi çərçivəsində Estoniyaya səfərə gəlib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, vitse-prezident Estoniya baş naziri ilə görüşərək müzakirələr aparacaq.
Sabah isə Maykl Pens Gürcüstana gedərək bu ölkədə keçiriləcək NATO-nun hərbi təlimlərini müşahidə edəcək.
Maykl Pensin səfəri NATO-ya yeni üzv olmuş Monteneqroya ziyarəti ilə başa çatacaq. O, Podqoritsada Adriatik xartiyasının sammitində iştirak edəcək.
Modern.az