"İran nüvə sazişindən çıxa bilər". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Araqçi bildirib.
Məlumata görə, nazir müavini xərclərin gəlirləri üstələyəcəyi təqdirdə, ölkəsinin Birgə əhatəli fəaliyyət planı (BƏFP) haqqında sazişi tərk edə biləcəyini vurğulayıb.
Bundan başqa, Arakçı Vaşinqtonu sazişin şərtlərinin yerinə yetirilməsini pozmaq və bunda məsuliyyəti Tehranın üzərinə atmaq cəhdində ittiham edib.
"İran İslam Respublikası BƏFP-yə o, ölkənin xeyrinə xidmət edəcəyi müddətcə riayət edəcək", - deyə o bildirib.
Modern.az