ABŞ Suriyadakı YPG kürd terror qruplaşmasına yenidən hərbi yardım göstərib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, silahlılara silah, sursat və hərbi texnika ilə yüklənmiş 100 ədəd yük maşını göndərilıb.İraqdan yola düşən yük maşınları iyulun 30-da Suriyanın Haseka şəhərinə çatıb. Buradan maşın karvanının İŞİD terrorçularının nəzarətində olan Rəqqa şəhəri istiqamətində yola düşməsi planlaşdırılıb. Bəzi yük maşınlarında ABŞ istehsalı olan “Humvee” zirehli döyüş maşınlarının olduğu bildirilir.
Qeyd edək ki, mayın əvvəlində ABŞ administrasiyası Suriyada İŞİD-lə mübarizə aparan kürd silahlı qruplaşmalarının silahlandırılmasına razılıq verib.
Modern.az