Növbəti onilliklərdə dünyada korluqdan əziyyət çəkənlərin səviyyəsi indiki ilə müqayisədə 3 dəfə artacaq.
Modern.az saytının məlumatına görə, bu haqda Lancet Global Health şirkətinin ekspertləri bildirib.
Onlar proqnozlaşdırıb ki, əgər daha yaxşı müalicə üsulları tapılmasa 2050-ci ildə görmə qüsurlu insanların sayı 36 milyondan (hazırkı statistika) 115 milyona çatacaq.
Hazırda isə korluq və görmə qabiliyyətinin pozulmasından əziyyət çəkən insanlar daha çox Cənubi Asiya və Afrikadadır.