Modern.az

Şimali Koreya liderindən dünyanı qorxuya salacaq ƏMR: "Zərbə endirin"

Şimali Koreya liderindən dünyanı qorxuya salacaq ƏMR:

Dünya

15 Avqust 2017, 08:52

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In hərbçilərə zərbə endirməyə hazır olmalarını əmr edib.

 

Trend-in "RİA Novsoti"yə istinadən verdiyi məlumata görə, KXDR-nın lideri bəyan edib ki, ABŞ təhlükəli hərbi münaqişədən qaçmaq üçün düzgün qərarlar almalıdır.

 

Qeyd edək ki, KXDR BMT TŞ-nın sanksiyalarına baxmayaraq ballistik raket sınaqlarının keçirilməsini dayandırmır. KXDR-nın mərkəzi teleqraf agentliyi bildirir ki, Şimali Koreya hərbçiləri ABŞ-ın Quam adasına raket zərbəsi endirməyin imkanlarını öyrənirlər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!