Modern.az

Türkiyədə İŞİD  komandiri həbs edilib

Türkiyədə İŞİD  komandiri həbs edilib

26 Avqust 2017, 20:32

Türkiyədə İŞİD  komandirlərindən biri barəsində həbs qərarı verilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD terror qruplaşmasının saxlanılan komandirlərindən biri barəsində həbs qərarı Eskişəhər məhkəməsi verib.

 

Hələlik adı mediaya açıqlanmayan terrorçu təhlükəsizlik qüvvələri tərəfindən anti-terror əməliyyatı zamanı saxlanılıb. Həmin şəxs Türkiyəyə İraqdan gəlib.

 

Qeyd edək ki, sözügedən şəxs bir müddət əvvəl İraqın keçmiş baş naziri Nuri əl-Malikiyə qarşı sui-qəsd cəhdindən dolayı həbs edilsə də, terrorçuların köməyi ilə həbsxanadan qaçmağı bacarmışdı.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!