Modern.az

Özbəkistan valyutası dəyər itirdi

Özbəkistan valyutası dəyər itirdi

4 Sentyabr 2017, 22:57

Özbəkistan Mərkəzi Bankı devalvasiya qərarı verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Özbəkistan milli valyutasının ABŞ dollarına məzənnəsi 1 dollar/8100 sum təyin edilib. Məlumata görə,  bu gün Özbəkistan milli valyutasının  rəsmi məzənnəsi 1 dollara görə 4210, 35 sum təşkil edirdi. Əhali və fərdi sahibkarların istifadə etdiyi “qara bazar”da dolların məzənnəsi 7,5-7,6 civarında idi.

 

Qeyd edək ki, sentyabrın 2-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev "Valyuta siyasətinin liberallaşdırılması üzrə prioritet tədbirlər haqqında" fərman imzalayıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir