Modern.az

Tramp ərəb dövlətlərini birliyə çağırdı

Tramp ərəb dövlətlərini birliyə çağırdı

9 Sentyabr 2017, 12:48

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər liderlərinə çağırış edib.

Modern.az xarici KİV-ə istinadən  xəbər verir ki, D.Tramp liderləri İranın təhdidinə qarşı mübarizə üçün birliyə çağırıb.

Belə ki, Tramp bu çağırışı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Ben Salman əs-Səud, BƏƏ-nin şahzadəsi Məhəmməd Ben Zeyid ən-Naxayan və Qətər əmiri Tamam Ben Həmad əs-Sani ilə telefon danışığı zamanı səsləndirib.

Prezident həmçinin ABŞ-ın ərəb ortaqlarının birliyini regional sabitliyin davamı kimi vurğulayıb. O, terrorçu qrupların maliyyələşdirilməsinə qarşı Riyad sammitində iştirak edən ölkələrin öhdəliklərinə riayət etməli olduğunu da bildirib.

 

 

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı