Modern.az

Kərkükdə fövqəladə vəziyyət elan olunub

Kərkükdə fövqəladə vəziyyət elan olunub

25 Sentyabr 2017, 20:16

İraqın Kərkük şəhərində fövqəladə vəziyyət elan olunub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kərkükdə komendant saatı tətbiq edilib.

Kərkük Şəhər Polis İdarəsindən verilən məlumata görə, məqsəd "referendum"dan sonra baş verə biləcək hansısa təxribatın qarşısının alınmasıdır. Bu  məqsədilə əhaliyə gecə saatlarında küçəyə çıxmamaqla bağlı xəbərdarlıq olunub, şəhərin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Məlumata görə, komendant saatı sabaha qədər qüvvədə olacaq. 

Qeyd edək ki, bu gün İraqın şimalındakı kürd muxtar bölgəsində "müstəqilliklə bağlı referendum" keçirilir. Referendum bölgədəki türkmənlər və ərəblər tərəfindən boykot olunur.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı