Modern.az

İraq Kürdüstanında səsvermə başa çatıb

İraq Kürdüstanında səsvermə başa çatıb

25 Sentyabr 2017, 21:40

İraq Kürdüstanında müstəqillik referendumu ilə əlaqədar səsvermə başa çatıb. Modern.az APA-ya istinadən xəbər verir ki, səsvermədə iştirak etmək üçün 5,2 milyon seçici qeydiyyatdan keçib. Referendumun rəsmi nəticələrinin sentyabrın 26-ı, axşam saatlarında məlum olacağı bildirilib

 

İraq Kürdüstanın baş naziri Nəçirvan Bərzani muxtariyyət rəhbərliyinin referendumdan dərhal sonra müstəqillik elan etmək niyyətində olmadığını bildirib. O həmçinin İraqın mərkəzi hökuməti və qonşu ölkələrlə dialoqa hazır olduğunu bəyan edib.

 

Qeyd edək ki, bü gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M. Bərzani ilə görüşərək referendumun təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı