Türkiyədə PKK terrorçuları mikroavtobusu atəşə tutub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ağrı şəhərində qeydə alınıb. Qeyri-leqal miqrantları daşıyan mikroavtobusun atəşə tutulması nəticəsində 3 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Məlumata görə, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Yaralananların ikisinin vəziyyətinin çox ağır olduğu bildirilir.