Türkiyədə 3,2 bal gücündə zəlzələ olub. Modern.az xəbər verir ki, yeraltı təkanların episentri Mersin şəhərindən 30 kilometr cənubda qeydə alınıb. Zəlzələ ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.