Sentyabrın 28-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, prezidentlər əvvəlcə təkbətək görüşüblər. Sonra nümayəndə heyətləri də görüşə qoşulub.
Görüşdən sonra prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin bildiriblər ki, görüşdə “Türk axını” və Akkuyu Atom Elektrik Stansiyasının tikintisi, habelə iki ölkə arasında iqtisadiyyat, ticarət və kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. İraq və Suriyanın ərazi bütövlüyü məsələsində həmrəylik nümayiş etdirən tərəflər İraq Kürdüstanında müstəqillik barədə keçirilmiş referendumun qanuni olmadığını bildiriblər və bunu böyük səhv adlandırıblar.