Əfqanıstanda yenidən partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə paytaxtı Kabildə məscid hədəf seçilib. Partlayış nəticəsində azı 6 dinc sakin ölüb, 30 nəfər yaralanıb.
Məlumatına görə insanlar məsciddən cümə namazından çıxan zaman partlayış baş verib. İnsidentlə əlaqədar 3 nəfər saxlanılıb.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.