"İraqın vahidliyi və ərazi bütövlüyü dəstəkləyirik. ABŞ İraqın kürd muxtariyyətində keçirilmiş referendumun nəticələrini tanımayacaq". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.
R.Tillerson qeyd edib ki, ABŞ İraqın qonşuları daxil olmaqla, bütün tərəfləri birtərəfli addımlar atmaqdan və gücdən istifadə etməkdən çəkinməyə çağırır.