Rusiyada zəlzələ olub. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, 5,3 bal gücündə yeraltı təkanlar Kamçatka diyarında qeydə alınıb.
Zəlzələ Petropavlovsk-Kamçatka şəhərindən 91 kilometr şərqdə, 47.7 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, dağıntı və xəsarət alanlar barədə hələlik məlumat verilmir.