İŞİD-ə qarşı döyüşlərdə yüzlərlə terrorçunu məhv edən snayperçi Əbu Təhsin əs-Salehi həlak olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Əbu Təhsin İraqın şimalında yerləşən Əl-Həvicə şəhəri uğrunda gedən döyüşlərdə həlak olub. Sosial şəbəkə istifadəçiləri snayperin öz döyüş yoldaşı ilə söhbətinin videokadrlarını yayıblar. Orada döyüşçü İŞİD-in 321 döyüşçüsünü məhv etdiyini bildirib.