Modern.az

Kataloniyadakı qarşıdurmada xəsarət alanların sayı 760 çatdı - Yenilənib

Kataloniyadakı qarşıdurmada xəsarət alanların sayı 760 çatdı - Yenilənib

1 Oktyabr 2017, 23:02

Bu gün Kataloniyada polislə toqquşmalar zamanı xəsarət alanların sayı artıb. Modern.az  xarici mediaya istinadən xəbər verir ki, toqquşmalar zamanı 760 nəfər xəsarət alıb.

 

20:20

 

Bu gün Kataloniyada polislə toqquşmalar zamanı xəsarət alanların sayı artıb. Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, toqquşmalar zamanı 460 nəfər xəsarət alıb.

 

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.

 

14:18

 

Bu gün İspaniyanın Kataloniya muxtar əyalətində müstəqilliklə əlaqədar referendumun qarşısını almağa çalışan polislə toqquşmalar zamanı ən azı 38 nəfər yaralanıb.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə  muxtariyyətin Səhiyyə Departamentinin “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

 

Yaralananların əksəriyyəti yüngül xəsarət alıb.

 

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı