Yəmənin paytaxtı Sənada ABŞ-a məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub. Modern.az APA-ya istinadən xəbər verir ki, PUA üsyançı husilər tərəfindən vurulub. Kəşfiyyat uçuşu həyata keçirən aparat paytaxtının şimalında vurulub.
Yəməndə üsyançı husilər ("Ənsər Allah" hərəkatı), sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci ildən Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.