"Bu gün Avropa terrorçuların rahat gəzdikləri, amma Türkiyənin qanuni rəhbərliyinə qarşı hər cür təşkilat yarada bilən yerdir. Terror təşkilatları ilə mübarizədə bizə mane olan ölkələrin çoxusu Avropa Birliyinə üzv olan ölkələrdir. Türkiyənin Avropa Birliyi üzvlüyünə mane olan ölkələrin terror təşkilatlarına qarşı mövqeyi bizi narahat edir. Bizim Avropa Birliyinə üzv olmağa ehtiyacımız yoxdur". Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, qərb bir məsələni unutmamalıdır: "Əgər onlar bizi üzv etmək istəsələr, biz iqtisadi və mədəni fəaliyyətimizlə onları məmnun salmağa hazırıq. Əgər qəbul etməsələr, biz yenə də öz işimizlə irəliləməyə hazırıq".