ABŞ-ın Las-Veqas şəhərində baş verən atışma zamanı ölənlərin sayı 59-a, yaralı sayı isə 527-ə çatıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ölkə tarixinə odlu silahla törədilən ən böyük qətliam kimi düşüb.
Las Veqas şerifi Cozef Lombardo mətbuat konfransında məlumat verib ki, “Mandalay Bay” otel-kazino kompleksi ilə aeroport arasındakı meydançada keçirilən musiqi festivalında cinayət törətmiş Stiven Peddokun evindən 18 ədəd odlu silah, partladıcı maddə və patronlar tapılıb.
Polis hazırda qatilin evində aşkar etdiyi elektron qurğuları öyrənir. 64 yaşlı S.Peddok Nevada ştatının Meskit şəhərində yaşayırdı. Onun törətdiyi silahlı insident nəticəsində ölənlərin sayı 59-a çatıb. Habelə 527 nəfər yaralanıb.
Xatırladaq ki, 64 yaşlı Stiven Peddok polis tərəfindən saxlanılarkən özünü öldürüb. Cinayətkar festivalı izləyən insanları “Mandalay Bay” otelinin 32-ci mərtəbəsindən atəşə tutub.